04 mart 2024 18:36
970

Biləsuvarda ağacəkmə aksiyası keçirilib - FOTO

Biləsuvarda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki,  ağacəkmə aksiyası Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq keçirilib.

Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, idarə, müəssisə, təşkilatlar, ərazi icra nümayəndəlikləri və ictimaiyyətin nümayəndələri iştirak edib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, aksiya zamanı Biləsuvar şəhərində və rayonun bütün kəndlərində müxtəlif növ dekorativ və meyvə ağacları əkilərək suvarılıb, ərazilərdə təmizlik və abadlıq işləri aparılıb.