05 mart 2024 14:48
271

Hikmət Hacıyev Konqo Prezidentinin müşaviri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Konqo Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Francoise Joly ilə görüşüb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"Azərbaycan Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğuna və Qoşulmama Hərəkatına sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı platforma yaratdığına görə, ölkələrimiz arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdik. COP29 Konqo ilə qarşılıqlı fəaliyyətimiz üçün daha bir fürsətdir", - H.Hacıyev bildirib.