05 mart 2024 17:28
412

Azərbaycan və Qətər arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanov Qətərə səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl Attiyah ilə görüşüb.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.