05 mart 2024 18:27
338

Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə ixrac edilməsi müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov həmkarı Almasadam Satkaliyev ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabatında bildirib.

“Astanada həmkarım Almasadam Satkaliyev ilə səmərəli görüşümüz oldu. BTC ilə Qazaxıstan neftinin nəqlinin tədricən artırılması, Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə ixracı üçün müvafiq tədbirlərin görülməsi, nazirliklər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsinin hazırlanması məsələlərini müzakirə etdik” - deyə Pərviz Şahbazov bildirib.