Ermənistanın tarixi Azərbaycan torpaqlarında saxtalaşdırma siyasətinin nəticələri aradan qaldırılmaqdadır. Xankəndidə separatçı rejimə məxsus qondarma parlament binasının, eləcə də erməni terrorçular üçün inşa edilmiş “veteranlar binası”nın sökülməsi də saxta izlərin Qarabağdan silinməsidir. Çünki 30 illik işğal dövründə Azərbaycana məxsus ərazilərdə tarixi-dini-mədəni irs məhv edilib, ekosid, urbisid, demoqrafik tərkibin məqsədli şəkildə dəyişdirilməsi siyasəti aparılıb.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat qeyd edib ki, təbii ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra aparılan bərpa-quruculuq işləri də milli maraqlara, milli memarlıq üslubuna uyğun şəkildə aparılır. Ermənistan bunu guya “erməni mədəni irsinin dağıdılması” kimi qələmə verməyə, beynəlxalq ictimaiyyəti öz uydurmalarına inandırmağa çalışır. Amma reallıq bütün dünyaya aydındır.

Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı “parlament binası” və ya xaç formasında olan “terrorçular binası” təbii ki, tarixin zibilliyinə atılmalıdır. Bu üzdənqiraq, xunta rejiminin tör-töküntü tikililərinə Azərbaycan ərazilərində yer yoxdur.

Könül Nurullayeva qeyd edib ki, Xankəndiyə gəlincə, bu qədim Azərbaycan şəhəri digər bölgələrimiz kimi 30 ildən sonra nəfəs alır. Şəhər işğalın, separatizmin çirkin izlərindən tamamilə təmizlənir. 7 fevral prezident seçkilərində dövlət başçımızın məhz Xankəndidə səs verməsi də təbii ki, təsadüfi deyildi. Müzəffər Ali Baş komandanın da bəyan etdiyi kimi, məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə dövlət başçımızın səs verdiyi binada xalqımıza qarşı soyqırımı planlaşdırılıb, oradan idarə olunurdu. Məhz həmin binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Dövlət başçımızın da söylədiyi kimi, Xankəndidə verilən səs, o qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. Qədim Azərbaycan şəhəri olan Xankəndinin tarixi ilə müasir siması bir-birini tamamlayacaq.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb