Dünyanın ən böyük yuvarlaq almazı satışa çıxarılıb.
Çəkisi 102.34 karat olan almaz dünyanın ən böyük ağ almazıdır.
"Sotheby’s" hərrac evinin qurucusu və idarə heyətinin sədri Patti Vonq deyib: "Bu daş 100 karatdan ağırdır. Karyeramda bir çox daş görmüşəm. Amma belə bir almazla ilk dəfədir ki, qarşılaşıram".
Mütəxəssislərin fikrinə görə, almaz 36-40 milyon dollara təklif ediləcək.