11 sentyabr hadisəsindən sonra Amerikada müsəlmanlara, İslama qarşı kütləvi zorakılıq və qısnamalar genişlənib.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Ali Cammal Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.
O bildirib ki, təhsil və maarifləndirmə bu mövzuda çox önəmlidir:
"Yanlış təəssüratları bu maarifləndirmə prosesi parçalaya bilər. Eləcə də biz, medianın adını çəkməliyik. Bəli, media mənfi stereotipləri önləmək üçün çox vacib silahdır".
Baş katibin sözlərinə görə, müsəlman cəmiyyəti mənfi təzahürlərə qarşı uğurlu şəkildə mübazirə aparır:
"Amma bu daha da genişlənməlidir, birgə təşəbbüslər irəli sürülməli, digər azlıqların töhfələri də nəzərdən keçirilməlidir".
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb