08 mart 2024 15:12
364

İslamın Qərb ideologiyası ilə uzlaşmağa ehtiyacı yoxdur

İslamın heç də sağ və sol qanad, Qərb ideologiyası ilə uzlaşmağa ehtiyacı yoxdur. Onun öz tarixi, baxışı, ideologiyası, dəyərləri var.

“İki sahil” xəbər verir ki,  bu sözləri Aix-Marsel Universitetində İslamşünaslıq üzrə müəllim Batist Brodard Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” mövzusunda aralıq sessiyada deyib.

O bildirib ki, İslam bəşəri din kimi qəbul edilməlidir. İslam din olaraq heç bir xalqa, tayfaya aid deyil.