Dünyanın müxtəlif yerlərində müsəlmanlara qarşı ədalətsizliklər baş verir, onlar sıxışdırılır. İslamofobiya öz-özlüyündə yeni deyil. Məhəmməd Peyğəmbərin dövründə də ona qarşı haqsızlıqlar baş verirdi.
“İki sahil” xəbər verir ki, bu sözləri Əl-Cəzirə Media Şəbəkəsinin Rəqəmsal Bölməsində Məzun Strategiyasının meneceri Camaluddin Mohammad Farid Elshayyal Bakıda islamofobiyaya həsr olunan beynəlxalq konfrans çərçivəsində keçirilən “İctimai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya” adlı aralıq sessiyasında söyləyib.
O qeyd edib ki, ən çox vandallığa məscidlər, ümumiyyətlə, İslam dininə aid dəyərlər məruz qalır.
“Hazırda rəqəmsal məkandan istifadə edərək öz mövqeyimizi ifadə edə bilərik”, - Camaluddin Mohammad Farid Elshayyal vurğulayıb.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb