Azərbaycan islamofobiyanın qarşısını almaq üçün çox mübarizə aparır. Məhz buna görə də islamofobiya ilə mübarizə kontekstində Azərbaycan mütəmadi olaraq belə forumlar təşkil edir.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC- a açıqlamasında Bakının ev sahibliyi etdiyi “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçısı, İslamabad Siyasi Araşdırmalar İnstitutunun prezidenti Raza Muhammad deyib.
O, bu konfransın islamofobiya ilə mübarizəyə mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə edib.
Raza Muhammad belə mötəbər konfransın təşkil edilməsinə görə bütün iştirakçılar adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb