Türkiyə Milli Müdafiə Nazirliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı klip hazırlayıb.
“İki sahil” xəbər verir ki, çəkilişdə Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadın hərbçilər yer alıblar.
Onlar Türkiyə dövlətinin keşiyində dayandıqlarını və bu xidmətdən şərəf duyduqlarını vurğulayıblar.