10 mart 2024 10:08
356

Qazaxıstan Prezidenti Azərbaycana gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində Tokayev Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq, eyni zamanda, Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcək.