Azərbaycan Prezidenti: Bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur
Bu sözləri Prezident İlham Əliyev fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında deyib.
“Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir”, - deyə ölkə başçısı qeyd edib.