08 fevral 2018 16:22
1667

Dubayda həqiqi ölçüdə qız şəklində tort bişirilib

Dubayda təzə açılmış toy salonlarının birində həqiqi ölçüdə şərqli gəlin şəklində tort var.

AZƏRTAC Dubay KİV-lərinə istinadla xəbər verir ki, toy paltarı geyinmiş qız şəklinin müəllifi britaniyalı dizayner Debbi Uinqhemdir. “Qənnadı gəlin”in toy paltarı və hicabı krem, şokolad və mastikadan hazırlanıb.

Bu paltarın hazırlanmasına kremdən düzəldilmiş iki min gül və təxminən min ədəd yeməli “inci” sərf edilib.

Tort-qızın çeçələ barmağındakı nişan üzüyünün qaşı həqiqi brilyantdır.

Bu “heykəltəraşlıq” işinin qiyməti isə 1 milyon dollar həddindədir.