BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai İsveçin sessiyada nümayəndə heyətinin rəhbəri Matias Frumeri ilə görüş keçirib.
“İki sahil” bu barədə COP-29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsinə istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər iqlim diplomatiyasının və təcili tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.
********************
19:28
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilir.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.