12 mart 2024 15:05
458

Tokayev: Füzulidəki Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığı gücləndirəcək

Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı Azərbaycan və Qazaxıstan arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə fayda verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının məlumatında bildirilir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Füzuli sakinləri ilə söhbətində deyib.

“Bu, Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hesab edirəm ki, bu obyekt, şübhəsiz ki, ölkələrimiz arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir. Sizə uğurlar və firavanlıq arzulayıram. Şübhə yoxdur ki, Azərbaycanın bu müqəddəs bölgəsi güclü inkişaf yolu keçəcəkdir”, - o bildirib.