13 mart 2024 11:56
427

Albaniya Prezidenti Azərbaycana gəlir

Albaniyanın Prezidenti Bayram Beqay (Bajram Begac) Azərbaycana gəlir.

“İki sahil” xəbər verir ki, o, sabah keçiriləcək XI Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, tədbirin iştirakçıları arasında ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, BMT-də baş katibin siyasi məsələlər üzrə müavini Guy Ryder, Latviyanın keçmiş prezidenti Egils Levits də yer alacağı gözlənilir.