14 mart 2024 15:12
490

Bakı Forumu bir sıra qlobal məsələlərin müzakirəsində mühüm platformadır - Kamran Bayramov/EKSKLÜZİV

Keçirilən tədbirlər ölkələrarası münasibətlərin səmimiləşməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə və beynəlxalq əməkdaşlıq üçün daha da əlverişli şərait yaradılmasına xidmət edir. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov "İki sahil"ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, ölkəmizin bu cür təşəbbüslərini beynəlxalq ictimai təşkilatlar dəstəkləyir və belə vacib tədbirləri birgə təşkil etmək istəklərindən məmnun qaldıqlarını ifadə edirlər. Bildiyimiz kimi, Azərbaycanın həmin mötəbər layihələri həyata keçirməkdə həm təcrübəsi, həm də yüksək potensialı vardır. Ölkəmiz dünyanın üzləşdiyi mürəkkəb geosiyasi vəziyyətlərdə optimal həll yolları təklif edən dövlət kimi tanınır. 


Deputat diqqətə çatdırıb ki, Qlobal Bakı Forumuna beynəlxalq səviyyədə kifayət qədər böyük maraq var. Burada çoxsaylı məsələlərin müzakirəsi, eyni zamanda, dünya düzəni ilə bağlı fikirlərin irəli sürülməsi bir daha ondan xəbər verir ki, Bakıda yeni çağırışlara uyğun olaraq təkliflərin təqdim olunmasını müşahidə edirik. Bu, təbii ki, bütövlükdə Azərbaycanın geosiyasi mövqeyini gücləndirən faktorlardan biridir. Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın yaşıl keçid sahəsində atdığı konkret addımlar barədə məlumat verən dövlətimizin başçısı bu baxımdan ötən ilin oktyabrında istifadəyə verilən 230 meqavatlıq günəş enerjisi stansiyasını, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi layihəsini xüsusi vurğulayıb. “COP29 bizim üçün birinci fürsət olacaq ki, ölkə müstəqil yaşayır və uğurla inkişaf etdir. Bu, əslində bizim düzgün siyasətimizin təzahürüdür və Azərbaycan son otuz il ərzində bu siyasəti aparır. Praktiki baxımdan bu, həmçinin bizim üçün belə bir fürsət olacaq ki, həmrəyliyə öz töhfəmizi verək”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Şəmsiyyə Əliqızı, "İki sahil"