Əlverişsiz hava şəraiti ilə əlaqədar “Aeroflot” aviaşirkətinin Bakı-Moskva reysi təxirə salınıb.
AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, fevralın 6-da saat 16:00-da həyata keçirilməli olan SU-1855 saylı Bakı-Moskva reysi təxirə salınıb. “Aeroflot” aviaşirkətinə məxsus “Boeing B737-500” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskvanın “Şeremetyevo” aeroportuna uçmalı idi.