Opera teatrı binaları əksər hallarda yerləşdiyi şəhərin ən maraqlı memarlıq abidələrindən birinə çevrilir. Gəlin dünyanın hər yerindən öz əzəməti, akustikası və gözəlliyi ilə diqqəti cəlb edən opera binalarına nəzər salaq.
Macarıstan Dövlət Opera Teatrı
Macarıstan Dövlət Opera Teatrı, 1884-cü ildə Neo-İntibah üslubunda inşa edilmişdir. 1261 tamaşaçı tutumu olan opera evində çıxış edən sənətçilər arasında Gustav Mahler, Otto Klemperer və dek kimi adlar var. İyun sentyabr - iyun ayının sonu, Opera mövsümündə bu binada Macarıstan dövlət baletinin truppası da çıxış edir. Turist ekskursiyalarının da keçirildiyi Macarıstan Dövlət Opera Teatrı gündəlik ziyarət üçün açıqdır.
İtaliyanın “La Skala” Opera Teatrı
Milanın görməli yerlərindən biri olan “La Skala” Opera Teatrının binası 1778-ci ildə Antonio Salierinin "Avropa riconoshuta"operası ilə açıldı. Məşhur memar Gieseppe Piermarini tərəfindən dizayn edilmiş bu gözəl opera teatrı, açıldığı gündən bəri dünyanın ən yaxşı opera müğənniləri üçün əhəmiyyətli bir məkana çevrilmişdir. “La Skala” Teatrının, qızıl dövrü 1950-ci illərə təsadüf etsə də, bu gün də şöhrətini qorumağa davam edən nadir bir yerdir. “La Skala” Teatrında mövsüm hər il 7 dekabrda, Müqəddəs Ambrose günündə açılır. Opera Teatrında yerləşən La Skala Muzeyini də ziyarət edib tarixi geyimlər, sənədlər və heykəllərlə tanış olmaq mümkündür.
Sidney Opera Teatrı
Sidneyin simvolu və Avstraliyanın ən məşhur görməli yerlərindən biri olan Sidney Opera Teatrı 2007-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bu tikili danimarkalı memar Yorn Utson (d.1918-ö.2008) tərəfindən layihələndirilmişdir. Rəsmi olaraq 1973-cü ildə açılan Opera Teatrı, bu tarixdən əvvəl də bir çox tamaşanın keçirilməsinə şahidlik edib. Bu tamaşalardan ən məşhuru 1960-cı ildə Paul Robsonun nahar fasiləsi vaxtı işçilərə Ol ' Man River mahnısını oxumasıdır.
Metropoliten Opera Teatrı
Bu məkan Şimali Amerikanın ən prestijli opera teatrı kimi məşhurdur. 1883-cü ildə Faustun məşhur əsərinin təqdimatı ilə tamaşaçıları qarşıladı. 1966-cı ildən "Metropoliten oper haus kompani" yeni binaya köçür. Teatrın tamaşaçı zalı 3900 yerlikdir. Əsas səhnədən əlavə bir neçə köməkçi səhnələrə malikdir. Ümumiyyətlə bina 195 otaq və dairələrdən ibarətdir. Binanın vestibülü Mark Şaqalın monumental freskləri ilə bəzədilmişdir. Hər bir fekin ölçüsü 9,1 X 11 m-dir. Bu freskalar sərgilənmə yerini dəyişməmək şərti ilə xüsusi şəxslərə satılmışdır. Belə ki, bu satış xalis nominal və şərti olduğu üçün maddi yardım kimi də qiymətləndirilir. Bir neçə 100 kq-lıq səhnəsinin pərdəsi üzəri ornamentlərlə pilək tikməli ipəkdən tikilmişdir.
Tamaşaçıları cəlb etmək və texnologiya ilə ayaqlaşmaq üçün Metropolitan Opera-da yüksək dəqiqlikli "live in HD" tamaşaları nümayiş olunur və binanın bir çox nöqtəsində oturacaqların arxasında müxtəlif dillərdə altyazılı ekranlar belə mövcuddur.
Kral Opera Teatrı
Londonda yerləşən Kral Opera Teatrı həm Böyük Britaniyanın, həm də dünyanın ən yaxşı opera teatrlarından biri hesab olunur. Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatrın tamaşa zalı 2268 nəfərlikdir. Hündürlüyü 14,8 m, prosçeniumunun - səhnə önünün eni isə 12,2 m-dir. Birinci dünya müharibəsi zamanı bu opera teratrı anbar, İkinci dünya müharibəsi zamanında isə rəqs zalı kimi istifadə ediblər. 1946-cı ildə Kovent-Qarden baletə qayıdaraq səhnəsində Pyotr Çaykovskinin “Yatmış gözəl” əsərini Oliver Messelanın ekstravaqant qurluşunda tamaşaya qoyur. Bununla yanaşı opera truppası yaranır. 14 yanvar 1947-ci ildə Kovent-Qardenin opera truppası Jorj Bizenin Karmenini təqdim edir.
Bu gün Kral Opera Teatrı həm də qonaqları opera və balet tamaşalarının keçirildiyi salona yeni təcrübələr üçün dəvət edir. Məkanı ziyarət edərkən teatr təlimlərinə qatıla və ya Opera oxuma təcrübəsi də qazanmaq mümkündür.
Nigar Orucova, “İki sahil”