16 mart 2024 12:59
570

“Bakı Kristal Zalı”nın rəhbəri dəyişib

Elçin Məmmədov Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-nin Baş direktoru təyin edilib.

“İki sahil” xəbər verir ki, o, bu vəzifədə Murad Rəhimovu əvəz edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə “Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır.