16 mart 2024 15:09
418

Gürcüstan Baş naziri: Ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq qlobal kontekstdə də çox vacibdir

Azərbaycan Prezidentin təşəkkür edirəm ki, ölkəniz hər zaman Gürcüstanın suverenliyini, müstəqilliyini dəstəkləyib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Bu gün çox məhsuldar görüşümüz oldu. Qlobal hadisələri də müzakirə etdik. Ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq qlobal kontekstdə də çox vacibdir” , – deyə Gürcüstanın Baş naziri bildirib.