Misir arxeoloqları Böyük Giza ehramı yaxınlığında yaşı 4 min ildən çox olan məqbərə tapıblar.
AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, qəbir fironun beşinci sülaləsinə yaxın olan Hetpet adlı qadına məxsus olub. Məqbərənin divarları naxışlarla örtülüb. Ehtimal var ki, bəzi rəsmlərdə ova və balıq tutulmasına tamaşa edən Hetpetin özü, digərlərində isə meyvə yığıb, rəqs edən əhliləşdirilmiş meymunlar təsvir edilib. Məqbərədə qadının mumiyası aşkar olunmayıb.
Giza nekropolu Qədim Misirin paytaxtı Memfis ərazisində yerləşən böyük qəbiristanlıq kompleksidir. Buraya Giza ehramı, Sfinks heykəli, kiçik ehramlar və digər tikililər daxildir.