17 mart 2024 20:50
383

Yens Stoltenberq: Cənubi Qafqaz regionunda sülh çox vacibdir

Cənubi Qafqaz regionunda sülh çox vacibdir və indi Azərbaycanın onu bərqərar etmək imkanı var.

“İki sahil” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Azərbaycanın sülhü bərqərar etmək imkanı var", - o deyib.

Alyansın Baş katibi həmçinin Ukraynaya davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edib.