05 fevral 2018 16:46
1335

Yanvarda 66 çoxmərtəbəli binaya təbii qaz verilib

Yanvar ayında 66 çoxmərtəbəli binaya təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, “Azəriqaz” 2018-ci ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 66 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 4 min 92 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.