03 fevral 2018 00:23
1605

Qvatemalada Maya mədəniyyətinin izləri aşkar edildi

Qvatemalanın şimal-şərqində Maya sivilizasiyasına məxsus 60 min obyekt aşkar edilib.

Kəşf amerikalı arxeoloqlar tərəfindən edilib. Binalar bu günə qədər elmə məlum olmayıb.

Alimlərin fikrinə görə, çoxsaylı kanallar, yollar, piramida və qalalar Maya sivilzasiyasının çoxşaxəli olduğu barədə tezisi sübut edir. Arxeoloqların fikrinə görə, yeni tapılan ərazidə 10 milyon insan yaşayıb.

Qeyd edək ki, Maya sivilizasiyası Meksika, Qvatemala, Honduras ərazisində 3.5 min il mövcud olub. Koloniyalaşma dövrü ilə sivilizasiya məhv olub.