02 fevral 2018 01:19
1601

NASA mavi ay tutulmasını canlı yayımda göstərib

NASA-nın canlı yayımında kadra girən naməlum cism müzakirələrə səbəb oldu

NASA mavi, bədirlənmiş ay tutulmasını canlı yayımda göstərib.

"Ölkə.Az" xəbər verir ki, yayım zamanı kadra girən naməlum cism UNO iddialarını gündəmə gətirib.

Xüsusilə də sosial şəbəkədə paylaşılan fotolar ölkə mətbuatının gündəminə oturub. NASA məsələ ilə bağlı açıqlama verməyib.

"SETİ" institutunda işləyən astronom Set Şostak məsələ ilə bağlı maraqlı açıqlamalar verib. Alim bildirib ki, önümüzdəki 20 ildə yadplanetlilərlə qarşılaşacağıq. Şostak bunun fiziki təmas yox, planetlər arası mesaj olacağını iddia edir.