01 fevral 2018 14:16
1303

Amerikalı “uçan boşqabda” yaşayır

Amerikalı Con Lauter Los-Anceles şəhərində yadplanetli gəmisinə bənzəyən ev tikib.

AZƏRTAC billionnews.ru saytına istinadla bildirir ki, “uçan boşqab”ı xatırladan tikili hər tərəfdən çox böyük pəncərələri olan 8 guşəli formaya malikdir və sıldırım təpənin zirvəsində yerləşir. Kənardan baxanda evin sanki torpaq üzərində uçması təsəvvürü yaranır.

Con Lauterin evi şəhərin 10 ən yaxşı binası sırasındadır.