28 mart 2024 00:46
544

Yod çatışmazlığı orqanizmdə yorğunluğa səbəb olur

Tiroid sağlamlığı bədənin ümumi rifahında əsas rol oynayır. Yod çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər, lakin yodla zəngin qidaların müntəzəm istehlakı bu problemlə mübarizə aparmağa kömək edir. Bu barədə “Rosiya” telekanalındakı "Ən vacibi haqqında" proqramında rusiyalı həkim Aleksandr Myasnikov məlumat verib.

Qalxanabənzər vəz bədən hüceyrələrində enerji istehsalına cavabdehdir. Yod çatışmazlığı tiroid hormonlarının qeyri-kafi istehsalına səbəb ola bilər, bu isə yorğunluq, zəiflik və digər simptomlara yol açır. Statistikaya görə, böyüklərdə tiroid xəstəliklərinin təxminən 65% -i yod çatışmazlığı ilə əlaqələndirilir.

Yod çatışmazlığının əsas əlamətləri istirahətdən sonra da daimi yorğunluq hissi, pəhriz və ya həyat tərzinin dəyişmədiyi halda çəki almaq, gündəlik fəaliyyətlərə marağın itməsi, aşağı əhval-ruhiyyə, apatiyadır. Orqanizmdə yod çatışmazlığı səbəbindən uşaqlarda fiziki və zehni inkişaf da ləngiyə bilər. Yod çatışmayanda yaddaşın pisləşməsi, konsentrasiya və məlumatın mənimsənilməsi ilə bağlı çətinliklər də yaranır. İnsan fiziki fəaliyyət üçün zəiflik və enerji çatışmazlığı hiss edir.

Yod mənbələri

Dəniz havası torpağa və qidaya daxil olan yodun əsas mənbəyidir. Dənizdən uzaqda yaşayan insanlar tez-tez yod çatışmazlığından əziyyət çəkirlər. Yodun miqdarı ərazidən də asılıdır, məsələn, Qafqazda, yodun su axınları ilə torpaqdan yuyulması səbəbindən yodun miqdarı qeyri-kafi ola bilər.

Yodla zəngin qidalar

Malın qaraciyəri: 100 qramda təxminən 350 mkq yod var.

Xurma: 100 qram xurmanın tərkibində gündəlik yoda olan ehtiyacın təxminən 40%-i var.

Yodlaşdırılmış duz: Yodlaşdırılmış duz yodun mühüm mənbəyidir.

Toxumlar və qoz-fındıq: Yod üçün vacib bir kofaktor olan selenium ehtiva edir.

Nubar Süleymanova, “İki sahil”