Moskva vilayətinin Səhiyyə Nazirliyi martın 22-də “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında xəsarət alanların xəstəxanaya yerləşdirilməsi və evə buraxılması ilə bağlı cari məlumatları açıqlayıb.
Bu barədə “İki sahil” TASS-a istinadla xəbər verir.
Ümumilikdə, martın 28-də Moskva vaxtı ilə saat 09:00-a olan yenilənmiş siyahıda 124 ad, soyad var. "Xəstəxanaya yerləşdirilən" sütununda isə 77 ad var. Qalan şəxslərin adları “Evə buraxılıb” xanasındadır.