28 mart 2024 14:42
240

Bərdədə mopedlə maşın toqquşdu - Xəsarət alan var

Bərdədə mopedlə minik avtomobili toqquşub.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cəfərov Zabil Cəfər oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Amil adlı şəxsin idarə etdiyi mopedlə toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.