28 mart 2024 14:49
246

Bakı dairəvi yolunda qəza olub, sıxlıq yaranıb

Bakıda yol-nəqliyyat hadisəsi olub.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "İki sahil"ə verilən xəbərə görə, Yasamal rayonu, Kənar dairəvi yolda (Avtomobil satışı bazarının yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən Lökbatan dairəsi istiqamətində sıxlıq yaranıb.