31 yanvar 2018 01:01
1217

İlon Mask səhrada litium axtarır

İlon Mask elektriklə işləyən avtomobillərin batareyaları üçün vacib olan litium maddəsini tapmaq üçün dünyanın dörd bir tərəfinə "ova" çıxıb.

"Ölkə.Az" xəbər verir ki, Mask, Çili şirkəti ilə şərik olub səhrada litium axtaracaq.

Çili İnkişaf Agentliyinin xəbərinə əsasən, İlon Mask ölkəyə litium sərmayəsi qoymağa hazırlaşır. Mask "SQM" adlı mədən sənaye şirkəti ilə maraqlanıb. Elektriklə işləyən avtomobillərin batareyalarında istifadə edilən litium kifayət qədər dəyərli maddədir.

Çili İnkişaf Agentliyi sədrinin müavini Eduardo Bitran məsələ ilə bağlı açıqlama verib: "Qlobal mənada elektriklə işləyən avtomobil istehsalında lider olmaq istəyənlər üçün Çili böyük önəmə sahibdir".