31 yanvar 2018 14:01
1229

ABŞ-da təyyarə “arxası üstə” endi

Nyu-Yorkda yüngül mühərrikli təyyarənin pilotu onu “arxası üstə” endirib.

Trend-in məlumatına görə, hadisə Lonq-Aylend adasının çimərliyində qeydə alınıb.

İnsident zamanı təyyarənin göyərtəsində pilotla yanaşı onun iki azyaşlı şagirdinin də olduğu bildirilir.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.