Dünyanın məşhur "Wheelsandmore" atelyesi "Bentley Bentayga" yolsuzluq avtomobilinin modernləşdirilməsi üçün kompleks proqram hazırlayıb.
"Ölkə.Az" xəbər verir ki, atelye tərəfindən avtomobilin xarici görünüşü və texniki xarakteristikası daha da mükəmməlləşdirilib.
İlk növbədə söhbət mühərrikdən gedir. Layihə modelin ən güclü versiyasının bazasında hazırlanıb. 6 litr həcmli "W12" mühərriki 600 at gücü hasil edir. Yeni sistemdə səsboğucu da dəyişdirilib. Tünerlər bildirir ki, bunun sayəsində mühərrikin gücü 710 at gücünə qədər artıb. Avtomobilin dinamik xarakteristikası haqqında məlumat verilmir. Maksimal sürəti 300 km/saatdır.