2017-ci ildə Azərbaycanda təbii qaz istehlakı 380,1 milyon kubmetr artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.
Bildirilir ki, 2017-ci ildə Azərbaycanda 12 milyard 168,6 milyon kubmetr təbii qaz istehlak edilib. 2016-cı ildə isə bu göstərici 11 milyard 788,5 milyon kubmetr olub. Beləliklə də ötən il Azərbaycanda təbii qaz istehlakı 380,1 milyon kubmetr artıb.