Ötən il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) xam neft emalı 200 min tonadək azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.
Bildirilir ki, 2017-c ildə Heydər Əliyev adına NEZ-də 5 milyon 810 min ton xam neft emal olunub. 2016-cı ildə isə bu göstərici 6 milyon 9,4 min ton təşkil edib. Beləliklə də ötən il NEZ-ın xam neft emalında 199,4 min ton azalma müşahidə olunub.