45 yaşdan yuxarı insanlar kolonoskopiyadan keçməlidirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mediasına açıqlamasında onkolok-cərrah İldus Muxametov məlumat verib.
Onun sözlərinə görə, bədxassəli bağırsaq şişləri bir neçə il ərzində yavaş böyüyür. Buna görə də, onlar erkən mərhələdə aşkar edilə bilər. Bu da xəstənin sağalma ehtimalının artırır. “İyirmi il əvvəl bağırsaq xərçəngi əsasən 50-60 yaşlı insanlarda aşkar edilirdi. Bu gün isə bu xərçəngə getdikcə 40 yaşı olanlarda da rast gəlinir. Xəstəliyin cavanlaşması istiqamətində həyəcan verici tendensiyaya baxmayaraq, xərçəngin bu xüsusi formasının müalicəsi çox vaxt yaxşı nəticələr verir ”- deyə onkoloq qeyd edib.
Şikayətləri olanlar həkimə vaxtında müraciət etməlidir. Eləcə də mütəmadi olaraq tibbi müayinələrdən keçmək vacibdir. Simptomlar olmasa belə, kolonoskopiyadan keçmək lazımdır. 45 yaşdan sonra prosedur 3-5 ildə bir dəfə aparılmalıdır. Əgər ailədə artıq yoğun bağırsaq xərçəngi halı olubsa, 35 yaşından etibarən bağırsaqları müayinə etməyə başlamaq lazımdır. Şübhəli formasiyalar aşkar edilərsə, hər il kolonoskopiya edilməsi tövsiyə olunur.
Həkim qeyd edib ki, sürətli yerimə də daxil olmaqla müntəzəm fiziki fəaliyyət də xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.
Nüsrət Məmmədov, "İki sahil"