30 yanvar 2018 19:57
932

Ötən il BTC boru kəməri ilə 27,2 milyon ton neft ötürülüb

2017-ci ildə Azərbaycandakı boru kəmərləri ilə 32 milyon 884,3 min ton neft nəql olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.

Bildirilir ki, ötən il Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə 27 milyon 220,5 min ton, Qərb kəməri - Bakı-Supsa boru kəməri ilə 3 milyon 791,2 min ton, Şimal kəməri - Bakı-Novorossiysk ilə 1 milyon 498,1 min ton, İran istiqamətinə (“NICO” şirkətinə) isə 247,5 min ton neft nəql edilib.