29 yanvar 2018 22:06
975

Azərbaycan İspaniyadan mebel idxal edir

İspaniya mebel sektoru xarici bazarlara çıxışını genişləndirməkdə davam edir. Yeni bazarların arasında Azərbaycan da yer alır.

Bir neçə ildir ki davam edən iqtisadi böhranın təsirindən sürətlə çıxan İspaniya mebel istehsalçıları xarici tərəfdaşlarının sayını artırmaqda davam edir. Təkcə 2016-cə ildə bu sahədə dövriyyə 4227 milyon avro təşkil edir. Bu rəqəm əvvəlki ildəkindən 5,9 faiz çoxdur. Əsas idxalçılar isə Fransa, Portuqaliya və Almaniyadır.

Mebel istehsalı ilə məşğul olan firmaların açılması hesabına işsizlik 3,6 faiz azalıb.