İllər əvvəl yolsuzluq avtomobilləri konkret yolsuzluq şəraiti üçün nəzərdə tutulmuşdu. Günümüzdə isə yolsuzluq avtomobillərində komfort, dəbdəbə ön plana çıxmağa başlayıb.
"Ölkə.Az" xəbər verir ki, hazırda dünya bazarında kifayət qədər dəbdəbəli, dəri salonlu, ekzotik ağacdan hazırlanmış detallara sahib yolsuzluq avtomobilləri var.
Bu gün oxucularımıza dünyanın ən dəbdəbəli və pafoslu yolsuzluq avtomobillərinin siyahısını təqdim edirik: Siyahıda birinci yerdədir. Britaniya istehsalıdır. Eyni zamanda dünyanın ən sürətli SUV-larından biridir. "Mulliner" atelyesi tərəfindən kifayət qədər müasir texnika ilə təchiz edilib. Mühərrik 12 silindrlidir.
Dumanlı Albionun növbəti nəqliyyat vasitəsidir. Bir çox dördqapılı sedan modelini toza basa bilər. 5 litr həcmli mühərrik 565 at gücü hasil edir.
"Qelendevagen"i kifayət qədər dəbdəbəli və bahalı modelə necə çevirmək olar? Sadəcə, standart kuzova "Maybach" etiketi yapışdırmaq və bir sıra opsiyalarla təchiz etmək. "Mercedes-Maybach G 650 Landaulet" modeli məhz belə yaranıb. V12 obrazlı mühərrik 630 at gücü hasil edir. Cəmi 99 ədəd istehsal edilib. 1.4 milyon dollara satılır.
Eksklüziv zirehli maşındır. Brutal güc, maksimal təhlükəsizlik və prezident komfortu. Bu yaxınlarda təqdim edilən model Kaliforniya şirkəti tərəfindən istehsal edilir. "Ford F-450" avtomobilinin bazasında yığılıb.
"Dartz" şirkəti də bu siyahıya öz töhfəsini verib. Avtomobilin interyerində istifadə edilən qeyri-adi material buna əsas verir. Müştəri sifarişi ilə istehsal edilir. Qiyməti 200 min dollardan başlayır və 1 milyon dolları ötür.
Hazırda konsept modeli kimi təqdim edilir. Detroyt avtomobil sərgisində debüt edib. Kapotun altında həm hibrid, həm də elektrik mühərriki ola bilər. Salonda çox bahalı materiallardan istifadə edilib və fiziki düymələr yoxdur. Bundan başqa ağıllı naviqatorla da təchiz edilib.
Bavariya şirkətinin flaqman yolsuzluq avtomobilinin yeni versiyadırı. Debütü bu yaxınlarda baş tutacaq.
Hibrid mühərriklə təchiz ediləcək.
Amerika şirkəti artıq bu modeli satsa da, yeni konsepti bizim siyahıya daxil ola bilib. Qapılar yana yox, yuxarıya doğru açılır.
Salondakı oturacaqlar fərqlidir. Bununla yanaşı müasir informasiya-əyləncə sistemi və digər yeniliklərlə təchiz edilib.
İlk konsept 2009-cu ildə təqdim edilib. Avtomobil üslubuna görə tənqidlərə məruz qalmışdı. 5.9 litr həcmli V12 obrazlı mühərrik, 22 düymlük disklər...
İnteryerin hazırlanmasında yüksək keyfiyyətli materiallardan istifadə edilib.