Türkiyənin Kars şəhərində iki erməniəsilli şəxsin ayaqqabılarından qaçaq qızıl külçələr tapılıb.
“İki sahil” “Hürriyet”ə istinadən xəbər verir ki, onlar polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Saxlanılan şəxslərin üzərindən ümumi çəkisi 1 kilo 51,71 qram olan qızıl külçələr tapılıb.
Külçələrin bazar qiymətinin 3,5 milyon lira (təqribən 159 min AZN) olduğu qeyd edilib.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib