Məktəblilər günün çox hissəsini evdən kənarda keçirirlər. Əvvəlcə dərslər, sonra əlavə məşğələlər, dərnəklər, dərsdənkənar fəaliyyətlər və s. Ona görə də valideynlər övladlarına həmin vaxt ərzində qəlyanaltı verməlidirlər. Bəs, məktəblilər üçün qəlyanaltı hazırlanmasında nələrər diqqət edilməlidir?
“İki sahil” xəbər verir ki, bu haqda “aif.ru” saytında məlumat verirlib.
Qeyd edilir ki, qəlyanaltılaya tərəvəz və meyvələr, tam taxıllar, süd məhsulları və süd əvəzediciləri, ət məhsulları və süd əvəzediciləri daxil edilməlidir. Bu qrupdan birini seçmək mümkündür.
Qəlyanaltılar üçün çantaya 4-6 saat ərzində xarab olmayacaq qidaları seçilməlidir. Müəyyən temperaturu saxlamaq funksiyası olan termos və ya nahar qutusundan istifadə etmək olar. Qəlyanaltı yemək üçün əlverişli olmalıdır. Yəni, uşağa qaşıq, çəngəl və ya masa bıçağı lazım olmayacaq. Ona görə də elə yemək secilməlidir ki, uşağa onu yemək asan olsun. Şagirdin yeməkdən əvvəl əllərini silməsi üçün yanında nəm salfetlər və ya antiseptik olmalıdır. Əgər imkan varsa əlavə yemək də qoymaq olar ki, uşaq onu bir dostu ilə qəlyanaltı paylaşa bilsin. Bu sosiallaşmanın mühüm hissəsidir. Çalışmaq lazımdır ki, seçilən qəlyanaltı həm sağlam olsun, həm də uşaq onları bəyənsin.