29 yanvar 2018 21:26
1191

İraq yeni neft emalı zavodu tikəcək

İraq İran körfəzindəki Al-Faw limanında yeni neft emalı zavodu inşa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, zavod 2 Çin şirkəti ilə birgə tikiləcək. Zavod sutkada 300 min barrel emal gücünə malik olacaq. Bundan başqa, zavodda 1 neft-kimya müəssisəsi də fəaliyyət göstərəcək.

Nazirlik, həmçinin üç yeni neft emalı zavodunun inşası üçün investor axtarıldığını bildirib.

İraqın cənubundakı Nəsiriyə və ölkənin qərbindəki Anbar vilayətlərində 2 neft emalı zavodunun inşası planlaşdırılır. Eləcə də, Mosul yaxınlığındakı Kayarada sutkalıq 100 min barrel emal gücü olan neft emalı zavodunun tikintisi nəzərdə tutulub.