04 aprel 2024 11:18
460

Ağ, yoxsa sarı yumurta?

Yumurta sarısının rəngi sarı-narıncıdan parlaq narıncıya qədər dəyişə bilər. Bu, heç bir faydalı xüsusiyyətdən deyil, toyuğun qidalanmasından asılıdır. Karotenoidlər sarıya rəng verir. Beləliklə, sarısının rəngi yumurtanın faydasını, qida dəyərini, dadını və ya təbiiliyini göstərmir.

“İki sahil”  “aif.ru”ya istinadla xəbər verir ki, karotenoidlər (latınca carota - kök və yunanca eidos - növ) bir çox mikroorqanizmlər, bitkilər və bəzi heyvanlar tərəfindən sintez olunan piqmentlər qrupudur. Karotenoidlər iki sinfə bölünür: ən yaxşı məlum olanı β-karotin olan karotenlər və 600-dən çox müxtəlif birləşmələri ehtiva edən ksantofillər.

Karotenoidlər heyvan və bitki aləmində geniş yayılıb. Toyuq bu maddələrlə bol olan qidanı nə qədər çox qəbul edərsə, yumurta sarısının rəngi bir o qədər zəngin olur.

Əgər toyuq rəngsiz yeməklə - kartof, yüngül buğda ilə qidalanırsa, o halda yumurtanın sarısı demək olar ki, rəngsiz olacaq. Toyuq-cücə saxlayanlar, əsasən də böyük firmalar bu cür yemlərdən qaçmağa çalışırlar. Çünki istehlakçılar açıq rəngli sarıya üstünlük verirlər. Məsələn, Skandinaviya ölkələrinin sakinləri yumşaq sarı sarısı olan yumurtalara, fransızlar portağal sarısına, Mərkəzi Avropada isə parlaq sarı rəngə malik yumurtalara üstünlük verirlər.

Nüsrət Məmmədov, "İki sahil"