04 aprel 2024 12:03
666

Sağlamlıq üçün gündə neçə addım yeriməliyik? FOTO

Sağlam həyat tərzini təbliğ edənlər hər zaman deyirlər ki, gündə 10 min addım gəzmək lazımdır. Qeyd edilir ki,  bu, ürək-damar sistemini yaxşı vəziyyətdə saxlamağa kömək edir. Bəs, gündə 10 min addım hər kəs üçün keçərlidirmi?

“İki sahil” xəbər verir ki, “aif.ru” bu məsələni araşdırıb. Bəlli olub ki, əslində sağlamlıq üçün 10 min addım atılması mütləq deyil. 10 min rəqəmi sadəcə olaraq reklam məqsədilə seçilib. Yapon pedometrlərinin reklam kampaniyasında "10.000" mənasını verən heroqlifdən istifadə ediblər. Bu, yeriyən adama bənzəyib  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onlarla araşdırmanı təhlil edərək belə qənaətə gəlib ki, gündəlik gəzinti insan orqanizminə faydalı təsir göstərir. ÜST həftədə 10 min addım, 6 km və ya 150-300 dəqiqə orta aerobik fəaliyyətlə məşğul olmağı təklif edir.

Rusiyalı ürək cərrahı, A.N.Bakulev adına Ürək-damar Cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzinin və Milli Sağlamlıq Liqasının prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya hesab edir ki, 10 min addımlıq “dəbinin” haradan gəlməsindən asılı olmayaraq, piyada gəzmək sağlamlıq üçün faydalarıdır.

Johns Hopkins Universitetindən olan amerikalı mütəxəssis Qreg Hager belə bir nəticəyə gəlib ki, 10 min addım norması hamıya şamil edilə bilməz. Burada yaş amilinə diqqət etməl vacibdir.

Travmatoloq Vadim Parkhalin bildirib ki, hər adam mütləq gündə 10 min addım qət etməlidir deyə bir qayda yoxdur.

Müxtəlif yaş qruplarından olan insanlar üçün təxmini addım sayı müəyyən edilib:

5 yaşdan 10 yaşa qədər uşaqlar - 11-15 min addım;

yeniyetmələr - 12-20 min addım;

böyüklər - 5-10 min addım;

yaşlılar - 3-5 min addım.