29 yanvar 2018 18:58
1180

Dünyanın ən bahalı ətri satılıb

İtaliyanın “Bulgari” şirkətinin “Opera Prima” ətri 200 min avroya satılıb.

Trend-in məlumatına görə, dünyanın ən bahalı ətrinin flakonunun hazırlanmasında qızıl və qiymətli daşlardan (brilyant, ametist, sitrin) istifadə olunub.

Ətrin alıcısının adı açıqlanmayıb.

Qeyd edək ki, bu ətir limon, portağal ağacı, müşk və çiçək ətirlərinin qarışığından hazırlanıb.