Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Ramazan ayının süfrələrinin əvəzolunmazı olan pideləri hazırlayan 28 yaşlı usta Feridun Yaşayan “Hazırda bu peşə ilə maraqlanan yoxdur. Yeni nəsil işləmək istəmir. Çörəkçinin gündəlik maaşı min lirə civarındadır. Ayda 30 min lirə qazanıram” dedi.
Bolunun tarixi mahalı olan Mudurnuda üç uşaq atası olan Feridun Yaşayan 28 ildir çörək ustası işləyir. Feridun Yaşayan çörəkçilik peşəsinin gənclərin bu peşəyə maraq göstərmədiyi üçün unudulacağını deyib. Ramazanda süfrələrini bəzəyən, əvəzolunmaz pideləri isti-isti rayona təqdim etdiklərini deyən F. Yaşayan pideləri 20 lirədən satışa təqdim etdiklərini bildirib.
Çörəkçinin gündəlik maaşının min lirə civarında olduğunu deyən usta öz övladının belə bu işlə məşğul olmağa həvəzsiz olduqlarını bildirib. Gənclərin bu peşəyə həvəsli olmadığını söyləyən F.Yaşayan “28 ildir bu işlə məşğulam. Mən bu peşəni qardaşımdan öyrənmişəm. Çörək bişirmək üçün heç bir hiylə yoxdur. Siz sadəcə bu işi ürəklə etməlisiniz. Hazırda bu peşə ilə heç kim maraqlanmır. Yeni nəsil işləmək istəmir. Hətta öz uşağım da mənimlə 5-6 il işlədi, sonra getdi. İşləyənlər bu peşə ilə rahatlıqla ailəsini dolandıra bilər. Çörəkçinin gündəlik qazancı min lirə civarındadır, bu da ayda 30 min lirə edir. İşimiz gecə başlayır. Səhərə yaxın qayıdırıq.” deyə fikirlərini bölüşüb.
Ramazan ayında rayon xalqına isti-isti pidelər təqdim etdiklərini bildirən F.Yaşayan qeyd edib: “Ramazan ayında sifarişlərə görə pidelərin sayı artır. Çalışırıq ki, isti-isti xidmət edək. Ramazan pidesinin qiyməti 20 lirədir. İstəyə uyğun olaraq müxtəlif növ pide hazır edirik. Ramazanda kənd çörəyi də bişiririk. İstifadə etdiyim sobada bir dəfəyə 150 Ramazan pidesi bişirmək olur.”
Orxan Vahidoğlu, “İki sahil”