İlon Maska aid şirkətin ilk çip yerləşdirdiyi Arbo adlı 29 yaşlı gənc bununla bağlı öz təəssüratlarını bölüşüb.
Bundan əvvəl İ.Mask tərəfindən təsis edilən Amerikanın “Neuralink” neyrotexnoloji şirkəti N.Arbonun iştirak etdiyi təqdimatının keçirilməsi barədə məlumat verilmişdi. Onun səhhəti yaxşıdır, hətta “X” sosial şəbəkəsində qeydiyyatdan keçməyi bacarıb və indi fikir gücü ilə orada mesajlar dərc edir.
Bədəninə çip yerləşdirilən 29 yaşlı gənc təəssüratlarını bölüşərkən bildirib ki, implant onun həyatına böyük təsir göstərib. Belə ki, 8 il əvvəl qəza nəticəsində sinəsindən aşağı iflic olan N.Arbon, hazırda kompüterini idarə etməyə, video oyunları oynamağa və digər bütün görə bilmədiyi işləri çipin köməyi ilə etdiyini deyib.
Könül Əliyeva, "İki sahil"