İnsanların sağlamlığı və rifahı digər amillərlə yanaşı, yaşadığımız və ya çalışdığımız məkanda daxili havadan da asılıdır. Əgər otaqda hava təmiz olarsa, insanın məhsuldarlığı artır və idrak qabiliyyəti yaxşılaşır. Çirkli hava isə bu göstəricilərə mənfi təsir göstərir.
Hər hansı bir mənzildə havanın çirklənməsinin daxili mənbələri var. Bunlara, məsələn, məişət kimyəvi maddələr daxildir. Bişirmə zamanı havanın keyfiyyəti də pisləşir ki, bu da məişət texnikasının istifadəsi nəticəsində yaranır.
Zəif havalandırılan yerlərdə sağlamlığa zərər verə biləcək çirk və bakteriyalar toplanır, həmçinin rütubət yaranır ki, bu da kif əmələ gəlməsinə səbəb olur.
Düzgün havalandırma çirkləndiriciləri çıxarmağa və rütubət səviyyəsini azaltmağa kömək edir. Tez – tez əyləşdiyiniz, yaşadığınız məkanı, iş yerini, evi havalandırmaq çox vacibdir. Otağa təmiz havanın dolması insanın sağlamlığına, əhval- ruhiyyəsinə birbaşa təsir edir və rahat mühit yaradır.
Könül Əliyeva, "İki sahil"